Dünya liderləri Vatikana toplaşır

2025/04/1745646713.jpg
Oxunub: 3440     09:34     26 Aprel 2025    
88 yaşında dünyasını dəyişmiş Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün dünyanın onlarla lideri və minlərlə xristian zəvvar Vatikana toplaşıb.

Ordu.az bu barədə BBC-yə istinadən xəbər verir.

Pontifiklə vida mərasimi yerli vaxtla 10:00-da (Bakı vaxtı ilə 12.00) Müqəddəs Pyotr Bazilikasının qarşısında keçiriləcək.

Vatikanın bildirdiyinə görə, son üç gündə mərhum pontifikin ölümü ilə əlaqədar şəhərə 250 mindən çox insan gəlib.

Bundan əlavə, növbəti Papanın seçilməsi üçün konklav prosesinə də hazırlıqların başlanıldığı bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vatikan   Papa  


Bizi "telegram"da izləyin