Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Yerli və milli müdafiə sənayesinin gücünü gələcəyin qarantiyası olan uşaqlara tanıtmaq üçün keçirilən tədbirdə MKE istehsalı “Dağhan”, “Boran”, E-ZMA və “E-Arazi” vasitəsi kimi ən son texnologiyalı ağır silah və platformalar böyük marağa səbəb olub.
Uşaqlar və onların ailələri keçmişin izlərini daşıyan Harbiye Muzeyinin ab-havasında tarixi yaxından tanımaq imkanı qazanıb, eyni zamanda gələcəyi formalaşdıran texnologiyalarla qarşılaşıblar.
Tədbirdə Türkiyə Quru Qoşunları Komandanlığı orkestrinin çıxışı ilə yanaşı, qurulan məlumat stendində müxtəlif məzmunlu materiallar ziyarətçilərə təqdim olunub.
Proqramın ən həyəcanlı anlarından biri də qəhrəman türk komandolarının uşaqlarla bir araya gələrək, onlara həm ilham verməsi, həm də unudulmaz anlar yaşatması olub.
Rəngarəng səhnə şouları, interaktiv fəaliyyətlər və sürpriz hədiyyələrlə zəngin proqramda uşaqlar əylənib və öyrənmək imkanı əldə ediblər.
Sevinc Əliyeva
Ordu.az