Ordu.az xəbər verir ki, tərəflər bu razılaşmalarla gənclərin mobilliyi, enerji əməkdaşlığı, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarətində maneələrin aradan qaldırılması kimi məsələlər üzrə daha geniş danışıqlara qapı açmağı hədəfləyirlər.
Britaniya tərəfi təsdiqləyib ki, Starmer və von der Leyen London sammitində təxminən bir saat davam edəcək danışıqlar aparacaqlar.
Britaniya rəsmilərinin sözlərinə görə, cütlüyün “güclü şəxsi münasibətləri” var.
Müdafiə paktı Rusiyanın Ukraynaya müdaxiləsi qarşısında həm Avropa İttifaqı (Aİ), həm də Britaniya üçün strateji qazanc kimi qiymətləndirilir.
Bundan əlavə, Britaniya müdafiə şirkətlərinə Avropa İttifaqı ilə əməkdaşlıq edən ölkələrin qoşula biləcəyi, 150 milyard avro dəyərindəki “Avropanın Təhlükəsizlik Fəaliyyəti” (SAFE) fondundan yararlanmaq imkanı yarana bilər.
Balıq ovuna gəlincə, mövcud kvotaların ən azı daha iki il uzadılması nəzərdə tutulur. Bu uzadılma Aİ sahilyanı ölkələrinin, xüsusən də Fransanın tələblərinə cavab vermək məqsədi daşıyır.
Sevinc Əliyeva
Ordu.az