ABŞ Hindistana daha çox müdafiə avadanlığı satmaq istəyir

2025/04/1745484394.jpg
Oxunub: 395     10:45     26 Aprel 2025    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens çərşənbə axşamı Hindistanla ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində güclü bir addım atıb, ölkəsinin Cənubi Asiya dövlətinə daha çox müdafiə avadanlığı və enerji satmağa hazır olduğunu deyib.

Ordu.az xəbər verir ki, bu barədə “Nikkei Asia” məlumat yayıb.

Hindistanın şimal-qərbindəki Racastan əyalətinin paytaxtı Caypurda Racastan Beynəlxalq Mərkəzində çıxış edən Vens qeyd edib: “ABŞ-nin Hindistanda bir dostu var və biz böyük xalqlarımızın artıq paylaşdığı isti əlaqələri gücləndirməyə çalışırıq”.

Çıxışı zamanı Vens Hindistanın baş naziri Narendra Modini ailəsinə göstərdiyi yaxın diqqətə və Baş nazirin liderlik keyfiyyətlərinə görə bir neçə dəfə tərifləyib.

Vens valideynləri Hindistanda anadan olan həyat yoldaşı Uşa və üç övladı ilə dörd günlük səfər üçün bazar ertəsi ölkəyə gəlib. O, həmin axşam Modi ilə görüşüb.

Hər iki ölkənin on ilin sonuna qədər ikitərəfli ticarəti iki dəfədən çox artırmaq və 500 milyard dollara çatdırmaq hədəfinə işarə edən ABŞ-nin vitse-prezidenti bu məqsədə çatmaq üçün hər iki tərəfin etdiyi hər şeydən ruhlandığını deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hindistan  


Bizi "telegram"da izləyin