Avropa ABŞ komponentləri olmayan silah sistemlərinə doğru irəliləyir

2025/04/1745480862.jpg
Oxunub: 457     11:18     26 Aprel 2025    
Avropanın müdafiə şirkətləri ABŞ mənşəli hissələri olmayan, yəni ITAR-sız (International Traffic in Arms Regulations) silah sistemlərini vurğulamağa başlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Bu addım Donald Trampın yenidən ABŞ prezidenti olacağı təqdirdə mümkün ixrac məhdudiyyətlərinin artmasına qarşı tədbir kimi qiymətləndirilir.

Adının çəkilməsini istəməyən sənaye rəsmisi qeyd edib: “Komandanızda amerikalı mühəndis olsa belə, ITAR-ın təsiri altındasınız”.

Rəsmi bu açıqlaması ilə həssas vəziyyətə diqqət çəkib.

Tramp dövründə tətbiq edilən tariflər, hərbi yardımların dondurulması və NATO-ya qarşı təhdidlər Avropadakı müttəfiqlərin ABŞ-nin tədarük zəncirlərinə olan etimadını sarsıdıb. Bu proses, Avropanın müdafiə sənayesində daha çox müstəqillik axtarışlarını sürətləndirib.

Avropanın aparıcı müdafiə şirkətlərindən MBDA və “Supacat” ABŞ-dən asılı olmadan öz məhsullarını dizayn etməyə başlayıblar.

Avropa müdafiə sənayesinin bu yeni istiqaməti qitənin strateji muxtariyyətini gücləndirmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   ABŞ  


Bizi "telegram"da izləyin