Ordu.az xəbər verir ki, Tunis HDQ Birləşmiş Ştatların hədiyyə etdiyi iki 34 metrlik “Island” sinfinə məxsus patrul katerinin rəsmi istismara verilməsi mərasimini keçirib.
Paytaxt Tunis yaxınlığındakı “La Goulette” dəniz bazasında təşkil edilən mərasimi həmin gün limana səfər edən ABŞ 6-cı Donanmasının flaqmanı “USS Mount Whitney” (LCC 20) gəmisi müşayiət edib.
Tədbir iki ölkə arasında uzunmüddətli dəniz əməkdaşlığını və ABŞ-nin Tunisin dəniz təhlükəsizliyini gücləndirmək öhdəliyini simvollaşdırıb.
“Army Recognition”ın məlumatına görə, sözügedən patrul katerləri ABŞ Sahil Mühafizəsi Komandanlığının inventarından götürüldükdən sonra modernləşdirilərək Tunisə təhvil verilib.
Hər birinin uzunluğu 34 metr olan bu gəmilər əkiz dizel mühərrikləri ilə təchiz edilib, 29,5 düyün sürətə çata və 3000 dəniz milindən çox məsafə qət edə bilir.
Sevinc Əliyeva
Ordu.az