Pakistan Baş nazirinin müavini Kabildə rəsmi səfərdədir

2024/12/1735103962.jpg
Oxunub: 609     15:08     19 Aprel 2025    
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar iki ölkə arasında münasibətlərin son vaxtlar pisləşməsi fonunda “Taliban” liderləri ilə danışıqlar aparmaq üçün Əfqanıstana birgünlük səfərə gəlib.

Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, səfər çərçivəsində “Taliban”ın yüksək rütbəli nümayəndələri, o cümlədən Baş nazir Məhəmməd Həsənlə görüşlər nəzərdə tutulub.

Bu, “Taliban” 2021-ci ildə hakimiyyətə gəldikdən sonra Pakistandan ilk belə yüksək səviyyəli səfərdir.

“Tərəflər siyasi, iqtisadi, ticari və mədəni sahələrdə əlaqələri, xüsusilə də Pakistandan əfqan qaçqınların deportasiyası məsələsini müzakirə edəcəklər”, - “Taliban” hökumətinin sözçüsü Həmdulla Fitrat “X” sosial şəbəkəsində yazıb.

Darın səfəri iki ölkə arasında Pakistanın “Taliban”ını pakistanlı yaraqlılara sığınacaq verməsi ilə bağlı ittihamları ilə bağlı yaranmış gərginlik fonunda baş verib.

Həmçinin Pakistan aprelin 30-na kimi qeyri-qanuni əfqanların ölkədən məcburi çıxarılması üzrə kampaniya aparır. “Taliban” əfqanları qovmaq qərarını tənqid edərək bunu “dəhşətli addım” adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Əfqanıstan  


Bizi "telegram"da izləyin