Azərbaycan və Yunanıstan dövlət xidmətləri sahəsində əməkdaşlığı genişləndirməyi müzakirə edib - FOTOLAR

2026/06/1781850281.jpg
Oxunub: 186     10:12     19 İyun 2026    
Yunanıstanın Azərbaycandakı səfiri Mariya K.Papakonstantinu "ASAN xidmət"in sədri Ülvi Mehdiyevlə görüşüb, tərəflər əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Yunanıstanın Bakıdakı səfirliyi sosial şəbəkələrdə məlumat yayıb.

"Görüş zamanı əsas diqqət vətəndaşlara "bir pəncərə" prinsipi üzrə xidmət göstərilməsinə dair uğurlu Azərbaycan modelinin təqdimatına ayrılıb. Azərbaycan tərəfi Yunanıstanla münasibətlərin, o cümlədən rəqəmsallaşma sahəsində əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu ifadə edib", - məlumatda qeyd olunub.

Əməkdaşlığa dair perspektivlərin müzakirəsi üçün Azərbaycan və Yunanıstanın səlahiyyətli orqanları arasında videokonfransın keçirilməsi gözlənilir.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Yunanıstan  


Bizi "telegram"da izləyin