Ukraynalı mühəndislər hücum tüfəngi ilə silahlandırılmış PUA təqdim ediblər

2026/06/Ekran-1781849452.jpg
Oxunub: 192     09:59     19 İyun 2026    
Ukraynanın “OM Defense Systems” şirkəti düşmənə avtomatik tüfəngdən atəş aça və minaatan sursatları daşıya bilən yeni Pilotsuz Uçuş Aparatını (PUA) təqdim edib.

Ordu.az xəbər verir ki, şirkət nümayəndəsi bu barədə Parisdə keçirilən “Eurosatory” sərgisində jurnalistlərə açıqlamasında məlumat verib.

Şirkətin sözlərinə görə, nümayiş etdirilən “Drone Squad Fury” platforması müxtəlif silah sistemlərinin inteqrasiyası üçün nəzərdə tutulub. Platforma avtomatik tüfəng və ya ümumi çəkisi 15 kiloqrama qədər olan minaatan sursatları daşıyan modul ilə təchiz oluna bilir.

Bundan başqa, PUA üzərində Starlink terminalı, eləcə də analoq və ya rəqəmsal rabitə sistemləri quraşdırmaq mümkündür. Avtomatik tüfənglə təchiz edilmiş versiyanın Ukraynanın xüsusi xidmət orqanlarının sifarişi əsasında hazırlandığı bildirilib. Lakin sınaqlar zamanı bu variantın gözlənilən effektivliyi göstərmədiyi qeyd olunub.

“Biz sistemi hazırladıq, təhvil verdik və onlar sınaqdan keçirdilər. Daha sonra isə ənənəvi sursat çatdırılması üsullarına qayıtdılar. Buradakı əsas məqsədimiz bu platformada praktiki olaraq istənilən həlli reallaşdıra biləcəyimizi nümayiş etdirmək idi”, - deyə şirkət nümayəndəsi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA  


Bizi "telegram"da izləyin