Ordu.az xəbər verir ki, bu barədə 2026-cı il iyunun 19-da Avstraliyanın Baş nazirinin müavini və müdafiə naziri Riçard Marls məlumat verib.
Ölkənin Müdafiə Nazirliyinin saytında yayımlanan açıqlamaya əsasən, ayrılan vəsait NATO-nun dəstəyi ilə yaradılmış Prioritised Ukraine Requirements List (PURL) mexanizmi vasitəsilə həyati əhəmiyyət daşıyan hərbi avadanlıqların alınmasına yönəldiləcək.
“Avstraliya hökuməti Ukraynaya həyati əhəmiyyət daşıyan hərbi texnikanın alınması üçün əlavə 100 milyon Avstraliya dolları həcmində yardım ayıracaq. NATO ilə tərəfdaşlıq çərçivəsində Avstraliya Ukraynanın hava hücumundan müdafiə imkanları və sursat da daxil olmaqla vacib hərbi avadanlıqlarla təmin olunmasına dəstək verir”, - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, yeni yardım paketi Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və ölkənin təcili hərbi ehtiyaclarının qarşılanmasına xidmət edəcək.
Sevinc Əliyeva
Ordu.az