Ukrayna aerostatlardan buraxılan radioelektron mübarizəyə davamlı DART raketini hazırlayıb

2026/06/Ekran-1781849565.jpg
Oxunub: 214     10:06     19 İyun 2026    
Ukraynada aerostatlardan buraxılmaq üçün nəzərdə tutulmuş və radioelektron mübarizə vasitələrinin təsirinə qarşı davamlı DART raketi hazırlanıb.

Ordu.az xəbər verir ki, raket Ukraynanın “Center of Innovative Technologies Program” şirkəti tərəfindən hazırlanıb.

DART raketi 12-18 kilometr yüksəklikdə yerləşən stratosfer aerostatlarından buraxılmaq üçün nəzərdə tutulub. Raketin işə salınması və uçuş sabitliyi xüsusi servoötürücülər vasitəsilə təmin edilir.

Raketin uzunluğu 1,84 metr, boş çəkisi isə 13 kiloqramdır. Döyüş başlığının çəkisi isə konfiqurasiyadan asılı olaraq 3,5 kiloqramdan 10 kiloqrama qədər dəyişə bilir.

Döyüş başlığı qrafit zərbə elementlərindən ibarətdir. Raket uçuşun ilkin mərhələsində naviqasiya sistemi vasitəsilə idarə olunur. Təxminən 6 kilometr hündürlükdə isə naviqasiya sistemi tam söndürülür, bərk yanacaqlı mühərrik işə düşür və raket kursunu dəyişmədən hədəfə doğru hərəkətini davam etdirir.

Tərtibatçıların sözlərinə görə, uçuşun son mərhələsində naviqasiya sisteminin söndürülməsi düşmənin radioelektron mübarizə vasitələrinin raketin trayektoriyasına təsir göstərməsinin qarşısını alır.

Şirkət yaxın zamanda DART raketinin Ukrayna Müdafiə Nazirliyi tərəfindən kodlaşdırılacağını bildirib. Gələcəkdə bu platforma əsasında ballistik raket və “yer-hava” raketi hazırlanması da planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   DART   Raket  


Bizi "telegram"da izləyin