İrlandiya Aİ-nin Kreml ilə əlaqələr qurması ideyasını dəstəkləyib

2026/06/1781865674.jpg
Oxunub: 171     14:17     19 İyun 2026    
İrlandiya Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koştanın Rusiya ilə əlaqələr qurmağa başlamaq qərarını dəstəkləyir.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə İrlandiyanın Baş naziri Mixol Martin Brüsseldə jurnalistlərə bildirib.

O, Rusiya ilə diplomatik kanalın açılmasını səhv hesab etmir:

"Bizim fikrimizcə, əlaqə kanalının açılması səhv deyil. Münaqişələrin tənzimlənməsində öz təcrübəmizi nəzərə alaraq, biz belə addımları tənqid etməz və ya mənfi qiymətləndirməzdik".

M.Martin eyni zamanda vurğulayıb ki, Aİ özünü Rusiya və Ukrayna arasında vasitəçi kimi görmür.

Baş nazir həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibənin dayandırılması barədə danışıqlara başlamağa hazır olduğuna dair əlamətlər görmür.

M.Martin deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Aİ liderlərinin görüşündəki çıxışı onun qurumun sammitlərində eşitdiyi ən əhəmiyyətli çıxışlardan biri olub:

"Avropa liderləri arasında Ukraynaya güclü dəstək və münaqişənin dayandırılmasına nail olmaq istəyi qalmaqdadır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrlandiya    


Bizi "telegram"da izləyin