Keçmiş erməni deputat: “Məni həbs etməyə gəliblər”

2026/06/1781854900.jpg
Oxunub: 209     11:39     19 İyun 2026    
Ermənistan parlamentinin keçmiş deputatı Ruben Hakopyan sosial şəbəkədə paylaşım edərək həbs olunacağını bildirib.

Ordu.az xəbər verir ki, Hakopyan bu barədə özünün “Facebook” səhifəsində yazıb.

O, paylaşımında Ermənistan hakimiyyətini sərt şəkildə tənqid edərək ona qarşı həyata keçirilən addımları pisləyib.

Ruben Hakopyanın qızı Ani Hakopyan da atasının saxlanılması anını əks etdirən videogörüntülər yayımlayıb.

Qeyd edək ki, Ruben Hakopyan 2025-ci ilin payızında “hakimiyyəti ələ keçirməyə çağırış” ittihamı ilə həbs edilmiş, lakin daha sonra azadlığa buraxılmışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakopyan  


Bizi "telegram"da izləyin