Ordu.az xəbər verir ki, bu barədə "İnterfaks" NATO-nun mənzil-qərargahının mətbuat xidmətinə istinadən məlumat yayıb.
"İyunun 24-də baş katib Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək. Onun həmçinin administrasiyanın yüksək vəzifəli nümayəndələri ilə də görüşü baş tutacaq", - NATO-nun məlumatında bildirilir.
Bundan başqa, Rütte Vaşinqtondan onlayn rejimdə E5 qrupunun müşavirəsində iştirak edəcək.
İyunun 25-də NATO-nun baş katibi Konqres üzvləri ilə görüşəcək və Atlantika Şurasının təşkil edəcəyi müzakirələrə qatılacaq.
Ordu.az