Müdafiə Sənayesi və İqtisadiyyat Nazirliklərinə yeni səlahiyyətlər verilib

2025/05/1747290180.jpg
Oxunub: 198     14:30     19 İyun 2026    
Prezident İlham Əliyev "Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunun və bu qanunla təsdiq edilmiş "Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" 30 avqust 2000-ci il tarixli, eləcə də "Gömrük tarifi haqqında" qanunun tətbiqi barədə 4 iyul 2013-cü il tarifli fərmanlarda dəyişiklik edib.

Ordu.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilməsi üçün təsdiqedici sənədlər verəcək səlahiyyətli qurumlar müəyyən edilib. Belə ki, hərbi təyinatlı məhsul istehsalı layihələrinə münasibətdə səlahiyyətlər Müdafiə Sənayesi Nazirliyinə, digər layihələrə münasibətdə isə İqtisadiyyat Nazirliyinə verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSN   Səlahiyyət  


Bizi "telegram"da izləyin