Ordu.az xəbər verir ki, sistem Parisdə keçirilən “Eurosatory” sərgisində nümayiş etdirilib.
SPECTR “bas və uç” prinsipi ilə fəaliyyət göstərən avtomatlaşdırılmış Pilotsuz Uçuş Aparatıdır (PUA). Sistem düşmənin hava hücumundan müdafiə vasitələrini çaşdırmaq, diqqətini yayındırmaq və raket ehtiyatlarını tükəndirmək məqsədilə hazırlanıb.
PUA avtonom fəaliyyət göstərir, radioelektron mübarizə təsirlərinə qarşı davamlıdır və müasir proqram platforması əsasında hazırlanıb. Sistem güclü radiolokasiya əksolunması yaradaraq düşmən hava hücumundan müdafiə vasitələrini reaksiya verməyə və raket sərf etməyə məcbur edir.
Kompleksə saxta radiolokasiya hədəfi yaradan qurğu, daşıyıcı PUA və buraxılış sistemi daxildir. PUA-nın ölçüləri 1400x2690x400 mm, maksimal uçuş çəkisi isə 12 kiloqramdır. Platforma yüngül PVC korpus üzərində qurulub.
Sistemin əsas xüsusiyyətlərindən biri 3-20 GHz diapazonunda fəaliyyət göstərən və çəkisi 1,2 kiloqram olan tənzimlənən mikrodalğalı künc reflektorudur. Bu sistem radiolokasiya əksolunma sahəsini 1 kvadratmetrdən 10 kvadratmetrdən artıq göstəriciyə qədər dəyişməyə imkan verir. Bunun sayəsində müxtəlif növ hava hədəflərinin imitasiya olunması mümkündür.
SPECTR 500 kilometrədək uçuş məsafəsinə və 240 dəqiqəyədək havada qalma müddətinə malikdir. Maksimal sürəti saatda 120 kilometrdən çoxdur. PUA 500 metrdən 5000 metrədək yüksəklikdə fəaliyyət göstərə bilir və mənfi 20 dərəcədən müsbət 60 dərəcəyədək temperatur şəraitində istifadə oluna bilir.
Sevinc Əliyeva
Ordu.az