Norveç Qrenlandiyada baş konsulluq açacaq

2026/05/1779509681.jpg
Oxunub: 188     14:47     19 İyun 2026    
Norveçin Baş naziri Yonas Qar Störe ölkəsinin Qrenlandiyanın paytaxtı Nuukda baş konsulluğunun açılacağını elan edib.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.

"Uzaq Şimal Norveç üçün ən mühüm strateji prioritet olaraq qalır, Arktika isə beynəlxalq siyasət və təhlükəsizlik üçün getdikcə daha çox əhəmiyyət kəsb edir", - Störe qeyd edib.

Onun sözlərinə görə, Nuukda baş konsulluğun açılması siyasi əlaqələrin möhkəmlənməsinə və regionda qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın inkişafına töhfə verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Qrenlandiya  


Bizi "telegram"da izləyin