Asiya İnkişaf Bankı Orta Dəhlizin inkişafına dəstək verməyə hazırdır

2026/06/Ekran-1781850482.jpg
Oxunub: 189     10:21     19 İyun 2026    
Orta Dəhlizin inkişafı sərhəd gecikmələrinin azaldılmasına, ticarət xərclərinin aşağı salınmasına və transsərhəd ödəniş tranzitinin asanlaşdırılmasına töhfə verməlidir.

Ordu.az xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) regional əməkdaşlıq və inteqrasiya şöbəsinin direktoru Jong Woo Kang Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, regiondakı müxtəlif maraqlı tərəflər arasında müxtəlif növ infrastruktur layihələri və yumşaq infrastruktur əlaqələri vasitəsilə mümkün nəticələrin nə qədərinin təmin edə biləcəyi müəyyən edilməlidir: "Bu mənada, əsas fəaliyyət göstəriciləri əvvəlcədən müəyyən edilməli, sonra isə irəliləyişin hər bir addımı əvvəlcədən hazırlanmış meyarlar əsasında ölçülməlidir. Bu yolla biz ölçə biləri ki, nə qədər irəliləyiş əldə etmişik, daha nələr edilməlidir və hansı növ xarici maliyyələşdirmə cəlb olunmalıdır".

"Yaşıl istiqraz"ların və dayanıqlılıq istiqrazlarının emissiyasına dəstək baxımından çoxlu təcrübə topladıqlarını xatırladan ADB rəsmisi bunu Orta Dəhlizlə bağlı da reallaşdıra biləcələrini düşünür: "Orta Dəhliz layihəsini dəstəkləmək üçün regiondakı müxtəlif maraqlı tərəflərlə daha sıx əməkdaşlığı səbirsizliklə gözləyirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Asiya-İnkişaf-Bankı   Orta-Dəhliz  


Bizi "telegram"da izləyin