Fransa HELMA-LP lazer “tüfəng” prototipini təqdim edib

2025/04/1744795380.jpg
Oxunub: 563     15:13     19 Aprel 2025    
Fransanın müdafiə firması CILAS hücum tüfəngi formasında daşınan lazer sisteminin prototipini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə “European Defense Review” məlumat yayıb.

Məlumata görə, HELMA-LP adlı yeni sistem SOFINS 2025 sərgisində təqdim edilib.

Portativ sistem AR-15 tüfənginin gövdəsinə inteqrasiya olunub.

Bundan əlavə, sistemin yuxarı hissəsində hədəfləmə avadanlıqlarının taxılmasına imkan verən “Picatinny” kronşteyni quraşdırılıb.

HELMA-LP 300-500 metr məsafədə sabit hədəfləri hədəf almaq üçün nəzərdə tutulub və HELMA-P ilə müqayisədə daha az gücünə görə operator lazeri daha uzun müddət hədəfdə saxlamalıdır.

Tipik nişanalma müddəti 5 ilə 15 saniyə arasında dəyişir və maksimum davamlı atəş müddəti 60 saniyə olaraq elan edilib.

Məlumata görə, sistem tüfəngə bağlı kürək çantasında daşınan batareya ilə işləyir və sistemin ümumi çəkisi 15 kq civarındadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   HELMA-LP  


Bizi "telegram"da izləyin