Fransa Ukraynaya sülhməramlılar göndərməyi planlaşdırır

2025/03/1743060965.jpg
Oxunub: 479     19:31     27 Mart 2025    
Fransa prezidenti Emmanuel Makron Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ukraynaya sülhməramlıların göndərilməsi qərarını təsdiqləməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bu təklif Böyük Britaniyanın Baş naziri Kir Starmerlə əməkdaşlıq çərçivəsində hazırlanmış əvvəlki plana alternativ kimi qiymətləndirilir.

Məlumata görə, Makron bu ideyanı martın 20-də Avropa Şurasının iclası zamanı BMT-nin baş katibi Antonio Quterreşlə müzakirə edib.

“The Telegraph”, həmçinin qeyd edir ki, BMT sülhməramlılarının yerləşdirilməsi BMT Təhlükəsizlik Şurasının təsdiqini tələb edəcək, Rusiya və potensial olaraq ABŞ bu təşəbbüsə veto qoya bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ukrayna  


Bizi "telegram"da izləyin