Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Kreml Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını gözləyir.
“Biz yekun nəticələri gözləyirik. Hələlik isə seçkilərlə bağlı yayılan bütün məlumatları diqqətlə qeydə alırıq. O cümlədən seçkilər zamanı baş verdiyi bildirilən çoxsaylı pozuntular barədə xəbərləri də izləyirik”, - deyə Peskov bildirib.
Alpər Mövludoğlu
Ordu.az