Boçorişvili və Fidan Orta Dəhlizin inkişafını müzakirə ediblər

2026/06/1780919281.jpg
Oxunub: 216     15:28     08 İyun 2026    
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən görüş zamanı Orta Dəhlizin inkişafını müzakirə ediblər.

Ordu.az Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən verir ki, görüş Gürcüstan, Türkiyə və Azərbaycanın xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində keçirilib.

Tərəflər Gürcüstan-Türkiyə strateji tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə edib, həmçinin iki ölkə arasında sahəvi əməkdaşlığı müsbət qiymətləndiriblər.

Bundan başqa, Orta Dəhlizin inkişafı prosesində iki ölkə arasında əməkdaşlığa və bununla bağlı strateji layihələrin uğurla həyata keçirilməsinin vacibliyinə xüsusi diqqət yetirilib.

Nazirlər regionda proseslərin mövcud dinamikasını qeyd edib, sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin edilməsində Gürcüstan və Türkiyənin rolunun əhəmiyyətini vurğulayıblar.

Boçorişvili və Fidan həm ikitərəfli formatda, həm də çoxtərəfli platformalar çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiq ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boçorişvili   Fidan  


Bizi "telegram"da izləyin