Britaniyalıların yarıdan çoxu Avropa İttifaqına qayıdışı dəstəkləyir

2025/05/thumb-1747464575.jpg
Oxunub: 245     15:25     08 İyun 2026    
Böyük Britaniya əhalisinin yarıdan çoxu ölkənin yenidən Avropa İttifaqına üzv olmasının tərəfdarıdır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin istinad etdiyi “Ipsos” şirkətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 52 faizi belə bir imkan yarandığı halda Böyük Britaniyanın yenidən Avropa İttifaqına qoşulmasına səs verəcəyini bildirib. İştirakçıların 33 faizi isə ölkənin Avropa İttifaqından kənarda qalmasının daha məqsədəuyğun olduğunu düşünür.

Respondentlərin təxminən 10 faizi isə bu məsələ ilə bağlı hələ qərar vermədiyini qeyd edib.

Araşdırma göstərib ki, “Brexit” qərarının yenidən nəzərdən keçirilməsini ən çox gənc britaniyalılar dəstəkləyirlər. Bunun əksinə olaraq, 55 yaşdan yuxarı respondentlərin yarıdan çoxu mövcud vəziyyətin saxlanılmasının tərəfdarıdır.

Sorğunun nəticələrinə görə, 2016-cı ildə keçirilən referendumun nəticələrinin ləğv edilməsini ən çox dəstəkləyənlər Leyboristlər Partiyasının, Liberal Demokratlar Partiyasının və Yaşıllar Partiyasının tərəfdarlarıdır.

“Brexit” ideyasının əsas təşəbbüskarlarından biri olan Naycel Farajın rəhbərlik etdiyi “Reform UK” partiyasının tərəfdarları arasında isə bu ideyaya ciddi müqavimət müşahidə olunur. Belə ki, hər 10 nəfərdən 8-i Böyük Britaniyanın Avropa İttifaqına qayıtmasına qarşı çıxıb.

Sorğu 2026-cı il mayın 14-dən 20-dək keçirilib və araşdırmada 1137 nəfər iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya    


Bizi "telegram"da izləyin