Hindistan vətəndaşlarına İranı mümkün qədər tez tərk etməyi tövsiyə edib

2026/04/1777437793.jpg
Oxunub: 222     13:33     08 İyun 2026    
Tehrandakı Hindistan səfirliyi İran İslam Respublikasında olan vətəndaşlarını diplomatik nümayəndəliklə razılaşdırılmış marşrutlar vasitəsilə ölkəni mümkün qədər tez tərk etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi saytında məlumat dərc olunub.

“İranda olan Hindistan vətəndaşlarına mövcud nəqliyyat vasitələrindən istifadə edərək ölkəni tərk etmələri tövsiyə olunur”, - bəyanatda bildirilib.

Tehrandakı Hindistan səfirliyi həmçinin təhlükəsizlik səbəbləri ilə vətəndaşlarına İrana bütün səfərlərdən imtina etməyi tövsiyə edib.

Bildirilib ki, bu çağırış İsrailin İran ərazisinə endirdiyi raket zərbələri ilə əlaqədardır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   İran  


Bizi "telegram"da izləyin