Mirzoyan: “Ermənistan 2025-ci ildə KTMT-yə üzvlük haqqı ödəməyib”

2026/06/1780918106.jpg
Oxunub: 229     15:35     08 İyun 2026    
“Biz üzvlük haqqını ödəməmişik, çünki təşkilatın fəaliyyətində iştirak etməmişik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin Dövlət-Hüquq Məsələləri Komissiyasının iclasında 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı hesabatın müzakirəsi zamanı deyib.

Erməni nazir bildirib ki, Ermənistan 2025-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük haqqını ödəməyib.

“Biz üzvlük haqqını ödəməmişik. Bunun sadə səbəbi var. Məsələ ondadır ki, təşkilatın fəaliyyətində iştirakımız faktiki olaraq olmayıb”, - deyə Mirzoyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin