Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
“Bu hadisələr, şübhəsiz ki, etimadsızlığı daha da dərinləşdirir. Biz artıq Amerika tərəfi ilə son dərəcə yüksək şübhə şəraitində mesajlar mübadilə edirik. Son 24 saat ərzində baş verənlər diplomatik prosesdə mövcud olan bu əlverişsiz vəziyyəti daha da ağırlaşdıracaq”, - deyə o, həftəlik mətbuat konfransında qeyd edib.
İyunun 7-də axşam saatlarında İran İsrailin şimal bölgələrini raket atəşinə tutub. İsrail ordusu bütün raketlərin vurulduğunu açıqlayıb.
Bu hadisə bazar günü İsrailin Beyrut ətrafında yerləşən “Hizbullah” obyektinə zərbə endirməsindən sonra baş verib. İsrail tərəfinin iddiasına görə, həmin hücum “Hizbullah”ın ölkənin şimal bölgələrinə raket hücumlarına cavab olaraq həyata keçirilib.
İranın raket zərbələrinə cavab olaraq isə İsrail Müdafiə Qüvvələri (IDF) ötən gecə İran ərazisində bir sıra hədəflərə zərbələr endirib.
Sevinc Əliyeva
Ordu.az