Moldova prezidenti Ermənistanın baş nazirini təbrik edib

2026/06/1780917987.jpg
Oxunub: 209     15:27     08 İyun 2026    
Moldova prezidenti Maya Sandu Ermənistanın baş naziri Nikol Paşinyanı 2026-cı il parlament seçkilərində “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Xarici müdaxilələrin geniş miqyasda baş verdiyi şəraitə baxmayaraq, seçkilərdə qazandığı qələbə münasibətilə Nikol Paşinyanı ürəkdən təbrik edirəm. Moldova və Ermənistan Avropada sülh və sabitliyə sadiqliyi bölüşür. Qarşıdakı illərdə dialoqumuzun dərinləşməsini və sıx əməkdaşlığımızın davam etməsini səbirsizliklə gözləyirəm”, - deyə Sandu bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   Ermənistan  


Bizi "telegram"da izləyin