Tramp: "İsrail və İran atəşkəsin dərhal əldə olunmasına çalışırlar"

2026/06/1780638154.jpg
Oxunub: 162     14:52     08 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İsrail və İran atəşkəsin dərhal əldə olunmasına çalışdıqlarını bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb.

"Hər iki tərəf, İsrail və İran dərhal atəşkəsə can atır! Cəhalət onların yoluna çıxmayacağı təqdirdə "sülh"lə bağlı yekun danışıqlar davam edir", - D.Tramp yazıb.

ABŞ Prezidenti həmçinin vurğulayıb ki, Hörmüz boğazının blokadası qorunub saxlanılacaq və "yekun saziş" əldə olunanadək tam həcmdə qüvvədə qalacaq.

O, eyni zamanda vurğulayıb ki, proses (yekun sazişin əldə olunması - red.) operativ şəkildə inkişaf etdirilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İsrail   İran  


Bizi "telegram"da izləyin