Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistanla bağlı siyasətini İrəvanın real addımlarını nəzərə alaraq qurmağa davam edəcək.
Zaxarova qeyd edib ki, seçkilərin nəticələri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasına dəstəyin nəzərəçarpacaq dərəcədə azaldığını göstərir.
“Moskvada həmişə güclü və həqiqətən suveren Ermənistanın tərəfdarı olmuşuq və bundan sonra da belə olacaq”, - deyə o vurğulayıb.
Rusiya XİN rəsmisi hesab edir ki, seçkilər erməni cəmiyyətinin ciddi şəkildə qütbləşdiyini nümayiş etdirib.
Onun fikrincə, Ermənistan cəmiyyətində Rusiya ilə əlaqələrin inkişafına və ölkənin Avrasiya İqtisadi Birliyində iştirakının davam etdirilməsinə geniş ictimai tələbat mövcuddur.
Alpər Mövludoğlu
Ordu.az