Peskov Ermənistandakı seçkilərin yekunlarını şərh etməkdən çəkinib

2026/05/1779900815.jpg
Oxunub: 240     14:53     08 İyun 2026    
Kremldən Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) nəticələri rəsmi olaraq elan edilənə qədər parlament seçkilərinin yekunları ilə bağlı şərh verməkdən çəkindikləri bildirilib.

Ordu.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O qeyd edib ki, Rusiya tərəfi məlumatları diqqətlə izləyir:

"Mən bu barədə hər hansı rəsmi şərh verməkdən çəkinəcəyəm, çünki Ermənistan MSK-nın yekun nəticələri açıqlanmayıb, biz bu nəticələri gözləyirik".

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Moskva İrəvanla münasibətlərdə gələcək kursunu Ermənistan rəhbərliyinin real addımlarını nəzərə almaqla qurmaq niyyətindədir.

Bununla yanaşı, o vurğulayıb ki, keçirilmiş seçkilər Ermənistan cəmiyyətinin son dərəcə qütbləşdiyini əyani şəkildə nümayiş etdirib.

Qeyd edək ki, Ermənistan MSK-nın məlumatına görə, hakim "Vətəndaş müqaviləsi" partiyası parlament seçkilərində 49,825 % səs toplayaraq qalib gəlib. Bu göstərici ona yeni hökuməti formalaşdırmağa imkan verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ermənistan  


Bizi "telegram"da izləyin