Mirzoyan: “Yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin tam normallaşmasına nail olacağıq”

2026/06/1780918031.jpg
Oxunub: 295     15:30     08 İyun 2026    
“Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində yaxın vaxtlarda yeni irəliləyişlər mümkündür”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin Dövlət-Hüquq Məsələləri Komissiyasının iclasında deyib.

O bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində işlər davam edir və bu sahədə müəyyən nəticələr artıq əldə olunub.

“Gümrü-Qars dəmir yolu xəttinin fəaliyyətinin bərpası məqsədilə yaradılmış işçi qrupunun görüşləri keçirilib. Bundan başqa, bir sıra digər görüşlər də baş tutub”, - deyə Mirzoyan qeyd edib.

Erməni nazirin sözlərinə görə, yaxın gələcəkdə münasibətlərin normallaşdırılması istiqamətində konkret nəticələr əldə edilə bilər.

“Mənim gözləntim və qənaətim budur ki, ən yaxın gələcəkdə hansısa mərhələdə Türkiyə ilə münasibətlərimizin tam normallaşdırılması istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə olunacaq”, - deyə o vurğulayıb.

Mirzoyan əlavə edib ki, prosesin məntiqi sonluğa çatacağına inanır.

“Əminliyimi ifadə etmək istəyirəm ki, yaxın gələcəkdə faktiki olaraq tam normallaşmaya nail olacağıq”, - deyə Ermənistan XİN başçısı bildirib.

O, həmçinin qeyd edib ki, hazırda Ermənistan və Türkiyə arasında birbaşa ticarət mövcuddur, halbuki məhsullar hələ də üçüncü ölkələr üzərindən daşınır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin