Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb

2026/03/1773647283.jpg
Oxunub: 205     15:08     08 İyun 2026    
Avropa İttifaqı (Aİ) Ukraynaya maliyyə sabitliyinin dəstəklənməsi, islahatların həyata keçirilməsi və Aİ-yə üzvlük yolunda irəliləməsinə yönəlmiş "Ukraine Facility" mexanizmi çərçivəsində təqribən 2,8 milyard avroya yaxın vəsait köçürüb.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Giyom Mersye bildirib.

"Bu gün biz Ukraine Facility çərçivəsində Ukraynaya təqribən 2,8 milyard avro köçürdük. Maliyyələşmə Ukraynaya öz maliyyə ehtiyaclarını ödəməyə və Rusiya təcavüzündən müdafiə olunmağa davam etdiyi müddətdə dövlət idarəçiliyinin fəaliyyətini dəstəkləməyə kömək edəcək", - Mersye deyib.

O qeyd edib ki, bu, "Ukraine Facility" proqramı çərçivəsində artıq yeddinci tranşdır və 2024-cü ilin martından etibarən mexanizm çərçivəsində Ukrayna planı üzrə ayrılmış yardımın ümumi həcmi 29,5 milyard avroya çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin