Rumıniya XİN: Cənubi Qafqazın potensialını sülh və sabitlik şəraitində tam üzə çıxarmaq olar

2026/06/1780916440.jpg
Oxunub: 222     14:42     08 İyun 2026    
Rumıniya regionun potensialını üzə çıxarmaq üçün Cənubi Qafqaz ölkələri ilə sıx əməkdaşlığı davam etdirmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanda keçirilmiş parlament seçkilərinin yekunlarına dair bəyanatında bildirilib.

"Rumıniya bu regionun möhtəşəm potensialını tam şəkildə reallaşdıra bilmək üçün Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin olmasında dərindən maraqlıdır. Biz həm region dövlətləri ilə ikitərəfli münasibətlər çərçivəsində, həm də Avropa İttifaqına üzv dövlət kimi bu məqsədə çatmağa yönəlmiş bütün səyləri dəstəkləyirik", - XİN-in məlumatında qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin