Ordu.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Kanada tərəfindən görülən tədbirlər ayrı-seçkilik məhdudiyyətləri təşkil edir və Çin müəssisələrinin qanuni hüquq və maraqlarına zərər verir.
“Çin Kanadadan idxal edilən bəzi mallara rüsum tətbiq etmək qərarına gəlib. Pekinin əks tədbirləri ölkənin iki qanununa - xarici ticarət və tariflərə əsaslanır. Biz israr edirik ki, Kanada tərəfi səhv hərəkətləri dərhal düzəltsin, məhdudlaşdırıcı tədbirləri ləğv etsin və onların mənfi təsirini aradan qaldırsın”, - bəyanatda deyilir.
Ordu.az