BMT Trampın Xameneiyə göndərdiyi məktuba münasibət bildirib

2021/08/LCR11-1628830551.jpg
Oxunub: 403     04:16     08 Mart 2025    
BMT ABŞ Prezidenti Donald Trampın İranın ali rəhbəri Əli Xameneiyə Tehranla yeni bir nüvə sazişi bağlamağı təklif edən məktubuna münasibət bildirib.

Ordu.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə göndərdiyi yazılı açıqlamada bildirib ki, BMT prinsip etibarilə diplomatiyanın İranın nüvə proqramının dinc xarakterini təmin etməyin ən yaxşı yolu olduğunu bir daha təsdiqləyir:

“Bu məqsədə yönəlmiş bütün diplomatik səyləri alqışlayırıq,” - deyə Dujarrik vurğulayıb.

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Tramp Tehranla razılaşma yolunda olduğunu və İranın ali rəhbəri Əli Xamenei məktub göndərərək yeni bir nüvə sazişi bağlamağı təklif etdiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Tramp   Xamenei  


Bizi "telegram"da izləyin