Avropa peyk operatorları Ukraynada “Starlink”i əvəz etməyə hazırdır

2025/03/1741408475.jpg
Oxunub: 440     09:08     08 Mart 2025    
Avropanın dörd peyk operatoru ABŞ-nin “Starlink” rabitə sistemi bağlanarsa, Ukraynaya kömək etmək variantlarını araşdırır.

Ordu.az-ın xəbərinə görə, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti yazıb.

Nəşrin məlumatına görə, Lüksemburqun “SES”, İspaniyanın “Hisdesat”, Amerikanın “Viasat” şirkətinə məxsus Britaniyanın “Inmarsat” və Fransanın “Eutelsat/OneWeb” şirkətləri bu barədə öz hökumətləri ilə danışıqlar aparır.

Xəbəri “Hisdesat”ın baş direktoru Migel Angel Garcia Primo təsdiq edib və bildirib ki, İspaniya hakimiyyət orqanları üçün təhlükəsiz hökumət rabitəsini təmin edən onun şirkəti ilə bir neçə yüksək səviyyəli Avropa rəsmisi əlaqə saxlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ukrayna   Starlink  


Bizi "telegram"da izləyin