HƏMAS nümayəndələri Qəzza üzrə danışıqlarda iştirak üçün Qahirəyə gedib

2024/08/1724130704.jpg
Oxunub: 436     17:14     07 Mart 2025    
HƏMAS-ın nümayəndə heyəti Qəzza zolağında atəşkəs sazişinin gələcəyini müzakirə etmək üçün Misirə gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Misirin dövlət informasiya xidməti məlumat yayıb.

"HƏMAS-ın nümayəndələri Qəzzada atəşkəs sazişinin həyata keçirilməsini və razılaşmanın ikinci mərhələsi üzrə danışıqlara başlanmasını müzakirə etmək üçün Qahirəyə gediblər", - telekanal bildirib.

Qurumdan bildirlib ki, Qahirə bütün tərəflərlə əlaqə saxlayır və sazişin ikinci mərhələsinə keçidi sürətləndirməyə çalışır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Qəzza   Qahirə  


Bizi "telegram"da izləyin