Ərdoğan: "Türkiyə Aİ-dən üzvlüklə bağlı müzakirələri canlandırmasını gözləyir"

2025/03/1740855157.jpg
Oxunub: 446     14:37     07 Mart 2025    
Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük hədəfi olduğu kimi qalır.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ-yə üzv dövlət liderlərinin onlayn görüşündə deyib.

Ərdoğan Avropanın təhlükəsizliyi ilə bağlı bütün addımları Türkiyə ilə birlikdə planlaşdırmağın qarşılıqlı maraqlara xidmət etdiyini əlavə edib.

“Türkiyə Aİ-nin strateji və uzaqgörən münasibət bəsləməsini və üzvlüklə bağlı müzakirələri canlandırmasını gözləyir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə    


Bizi "telegram"da izləyin