Avstraliya, ABŞ və Yaponiya ilk üçtərəfli F-35 təlimini keçirib

2025/03/1741336476.jpg
Oxunub: 526     16:34     07 Mart 2025    
Avstraliya Kral Hərbi Hava Qüvvələri (RAAF), Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri (USF) və Yaponiya Hava Özünümüdafiə Qüvvələri (JASDF) beşinci nəsil hava döyüş qabiliyyətini inkişaf etdirmək üçün ilk dəfə birgə təlim keçirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ müdafiə mənbələri məlumat yayıb.

Məlumata görə, “Cope North 25” təlimi zamanı keçirilən üçtərəfli təlim mürəkkəb və real döyüş ssenarilərində bütün qüvvələrin inteqrasiyasının təkmilləşdirilməsinə yönəldilib.

Üç ölkə təlimin bütün aspektlərində, o cümlədən missiyanın planlaşdırılması, icrası və brifinqdə fəal rol oynayıb.

İnteqrasiya hava ekipajları, texniki xidmət qrupları, təhlükəsizlik qüvvələri, logistika və kəşfiyyat bölmələri də daxil olmaqla, müxtəlif əməliyyat sahələrini əhatə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin