Ordu.az xəbər verir ki, bu barədə şirkətin verdiyi açıqlamada bildirilib.
Açıqlamaya görə, HAVELSAN mühəndisləri tərəfindən hazırlanmış elektron kartlar vasitəsilə istehsal edilən GVDS ailəsinin 56-cı üzvü MİLGEM-6 üçün keçirilən Zavod Qəbulu Sınağından 100 faiz müvəffəqiyyətlə keçərək, A qiyməti alıb.
Bütün elektron kartların HAVELSAN əməkdaşları tərəfindən hazırlanması ilə real Vaxt Rejimli “VxWorks” əməliyyat sisteminin sürücüləri də tam performansla işləyə bilib.
Beləliklə, donanmalardakı gəmilərin ürəyi olan HAVELSAN-ın GVDS aparat və proqram təminatı həllinə milli elektron kartlar əlavə edilib.
Sevinc Əliyeva
Ordu.az