Ordu.az xəbər verir ki, tədarüklər 2019-cu ildə Mərakeşlə ABŞ arasında imzalanan və ümumilikdə 36 ədəd “AH-64E Apache”ni əhatə edən müqavilə çərçivəsində həyata keçirilir.
Bildirilib ki, helikopterlər ABŞ-nin Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində alınıb və gələcəkdə tədarüklər davam etdiriləcək.
Bu inkişafla Mərakeş “Apache” helikopterlərindən istifadə edən 17-ci ölkə olub.
Mərakeşin “Apache” satınalma prosesi 2010-cu ildə başlayıb. 2018-ci ilin aprelində vüsət alan danışıqlar nəticəsində 2019-cu ilin noyabrında ABŞ Dövlət Departamenti 4,25 milyard dollar dəyərində 36 ədəd “AH-64E Apache” helikopterinin və müvafiq avadanlıqların Mərakeşə satışını təsdiqləyib.
2020-ci il iyunun 25-də Mərakeş “Boeing” ilə 24 dəqiq, 12 istəyə bağlı olmaqla, ümumilikdə 36 “Apache” üçün müqavilə imzalayıb.
Sevinc Əliyeva
Ordu.az