Ordu.az xəbər verir ki, dəyəri 30 milyon dollardan çox olan ABŞ istehsalı PUA-nın husilərə bağlı hava hücumundan müdafiə sistemləri tərəfindən hədəf alındığı bildirilir.
“Husi” silahlı qüvvələri verdiyi açıqlamada PUA-nın Yəmən hava məkanında düşmən əməliyyatları apararkən vurulduğunu bildirib.
ABŞ Hərbi Hava Qüvvələri bu həftə Qırmızı dəniz üzərində əməliyyat apararkən, “MQ-9 Reaper” ilə əlaqəni itirdiyini açıqlayıb.
Mövzu ilə bağlı açıqlama verən ABŞ müdafiə rəsmisi PUA-nın “Poseidon Archer” əməliyyatı çərçivəsində husilərə qarşı hərbi əməliyyatları dəstəklədiyini qeyd edib.
“Biz hadisənin səbəbini və mümkün növbəti addımları müəyyən etmək üçün fəal şəkildə qiymətləndirmə aparırıq”, - deyə rəsmi vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az