Banqladeşə məxsus “Bayraktar TB2” zərbə PUA-larının sərhəd bölgəsində tətbiqi Hindistanı narahat edib

2025/03/1741334342.jpg
Oxunub: 536     15:58     07 Mart 2025    
Banqladeşə məxsus “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) sərhəd bölgəsində tətbiqi Hindistanı narahat edib.

Ordu.az xəbər verir ki, Hindistan təhlükəsizlik qüvvələri PUA-lar üçün ehtiyat tədbirləri görməyə başlayıb.

Qabaqcıl görüntü kəşfiyyatı (IMINT) imkanlarına malik “Baykar Bayraktar TB2” zərbə PUA-sı Banqladeş tərəfindən fəal şəkildə istifadə olunur.

Banqladeş ordusunun zərbə PUA-ları son bir neçə aydır Hindistanla sərhəd bölgədə fəaliyyət göstərir.

Hindistan ordusundan olan mənbələr tərəfindən verilən açıqlamada Banqladeşə məxsus “Bayraktar TB2” zərbə PUA-larının Hindistan sərhədi boyunca Banqladeş hava məkanında döyüş əməliyyatı həyata keçirdiyi bildirilib.

Mənbələrə görə, Banqladeşin sərhəd boyu həyata keçirdiyi müşahidə fəaliyyətlərinin intensivliyini vurğulayan bəzi missiyalar 20 saatdan çox davam edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Banqladeş   Bayraktar-TB2  


Bizi "telegram"da izləyin