“Gözde” Türkiyədə yüksək sürətlə hərəkət edən hədəfi vuran ilk tuşlama dəsti oldu

2025/03/2025--1741331361.jpg
Oxunub: 536     14:22     07 Mart 2025    
“Gözde” tuşlama dəsti Türkiyədə yüksək sürətlə hərəkət edən hədəfi vuran ilk tuşlama dəsti olub.

Ordu.az xəbər verir ki, ASELSAN-TÜBİTAK SAGE ortaqlığında “Mk82 500 lb” ümumi məqsədli bombaları üçün hazırlanan “Gözde” tuşlama dəsti ilə hərəkət edən bir hədəf vurulub.

Hava platformasından elektro-optik sistem ilə lazerlə işarələnən və uzaqdan idarə olunan vasitə “Gözde”nin ANS/KKS/LAB inteqrasiya edilmiş sensor idarəetməsi ilə izləndikdən sonra uğurla məhv edilib.

Sözügedən atışla “Gözde” Türkiyədə yüksək sürətlə hərəkət edən hədəfi vuran ilk tuşlama dəsti olub. “Gözde” əvvəlki tuşlama dəstlərindən fərqli qanad qrupuna malikdir və beləliklə, daha yüksək manevr imkanı təmin edir.

Qeyd edək ki, “Gözde” 500 lb-lik ümumi məqsədli “Mk-82” və “Sert-82” dəlici bombalarını GPS/INS və ya GPS/INS/Lazer tuşlama sistemi ilə F-16 və zərbə tipli pilotsuz uçuş aparatı platformalarında istifadə oluna bilən ağıllı sursatlara çevirən tuşlama dəstidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Gözde   ASELSAN   TÜBİTAK-SAGE  


Bizi "telegram"da izləyin