Ordu.az xəbər verir ki, “Kongsberg Defence & Aerospace” prezidenti Eirik Lie bu yaxınlarda verdiyi müsahibədə şirkətin Ukrayna şirkətləri ilə bu məqsədlə birgə müəssisə yaratmaq barədə razılığa gəldiyini açıqlayıb.
“Bizim birinci prioritetimiz Ukraynadakı HHM sistemimiz üçün Ukrayna texnologiyasına əsaslanan raketlərin istehsalını artırmaqdır. Söhbət raketlərin kütləvi istehsalından gedir, yəni yüzlərlədir. Aylar ərzində birgə müəssisəni işə salmağı planlaşdırırıq”, - deyə Lie qeyd edib.
Məlumata görə, təşəbbüs həm də şirkətə Pilotsuz Uçuş Aparatları (PUA) və radioelektron əks-tədbirlər sahəsində yeniliklərin şahidi olan Ukraynanın inkişaf edən müdafiə sektorundan faydalanmağa imkan verəcək.
“Kongsberg” Ukraynanı uzunmüddətli perspektivdə qlobal raket və HHM sistemlərinin tədarük zəncirinə inteqrasiya etmək istəyir.
Qeyd edək ki, NASAMS qanadlı raketləri, PUA-ları və təyyarələri ələ keçirməyə qadir olan orta mənzilli HHM sistemidir. Ukrayna bu sistemləri Norveç, ABŞ və Kanadadan alıb.
O, effektor kimi bir sıra raketlərdən, o cümlədən AIM-120 Qabaqcıl Orta Mənzilli “Hava-Hava” Raketindən istifadə edir.
Sevinc Əliyeva
Ordu.az