Ordu.az xəbər verir ki, “Reuters” Ağ evdə keçirilən görüşün mətnini təqdim edir.
Agentlik xatırladır ki, tərəflər bu gün ABŞ-nin Ukraynanın mədən sənayesində iştirakı haqqında saziş imzalamalıdırlar. Bununla belə, bura Ukrayna üçün Amerikanın açıq-aydın təhlükəsizlik zəmanətləri daxil edilmir və bu, Kiyevi məyus edir.
“Amerikalıların biznesdə olması bir növ zəmanət rolunu oynayacaq”, – “Reuters” Trampın sözlərindən sitat gətirib.
ABŞ Prezidenti qeyd edib ki, Ukrayna əsgərləri inanılmaz şücaət göstəriblər, lakin ABŞ döyüşləri dayandırmaq və vəsaiti “başqa məqsədlərə, məsələn, yenidənqurma”ya yönəltmək istəyir.
Ordu.az