ABŞ Dövlət Departamenti və diplomatik missiyalarda kütləvi ixtisarlar aparacaq

2025/02/1740759605.jpg
Oxunub: 523     20:02     28 Fevral 2025    
ABŞ prezidenti Donald Tramp Dövlət Departamenti, o cümlədən, Amerika diplomatik missiyalarının ştatını əhəmiyyətli dərəcədə ixtisar etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu haqda “Politico” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Amerika administrasiyasının rəhbəri Dövlət Departamentinin əsas diqqəti məhz hökumət sövdələşmələrinə, ABŞ təhlükəsizliyinin təmin olunmasına, o cümlədən, xarici investisiyaların ölkəyə cəlb olunmasına yönəltməyini istəyir.

Mənbə bildirir ki, Tramp administrasiyası ixtisarlarda başlıca olaraq demokratiyanın, insan haqlarının və elmi tədqiqatların təbliğinə cavabdeh olan bölmələri hədəfə alacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İxtisar  


Bizi "telegram"da izləyin