Avropa komissarı: "Aİ ÜDM-in 2 %-dən çox hissəsini müdafiəyə yönəltməlidir"

2025/02/Valdi-1740736372.jpg
Oxunub: 497     13:39     28 Fevral 2025    
İqtisadi məsələlər üzrə Avropa komissarı Valdis Dombrovskis hesab edir ki, Avropa İttifaqı (Aİ) ÜDM-in 2 %-dən çox hissəsini müdafiəyə yönəltməlidir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa komissarı İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində bildirib.

"Bütün üzv dövlətlər Aİ-nin müdafiəyə daha çox vəsait xərcləməli olduğunun vacibliyini qəbul edir və biz onların bunu etməsi üçün əlavə fiskal çeviklik təqdim edəcəyik. Göründüyü kimi, müdafiəyə 2 % səviyyəsində cari hədəf göstəricisi ilə müqayisədə daha çox vəsait xərcləməli olacağıq", - V.Dombrovskis qeyd edib.

“Biz artıq soyuq müharibə bitdikdən sonra mövcud olan sülh dividendlərindən faydalana biləcəyimiz bir vəziyyətdə deyilik”, - komissar hesab edir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, avropalılar ÜDM-in 5 %-ni müdafiəyə xərcləməlidirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Müdafiə  


Bizi "telegram"da izləyin