İsrail “Hizbullah”ı silahla təmin edən şəxsi öldürüb

2025/02/1740736035.jpg
Oxunub: 507     13:19     28 Fevral 2025    
Suriya-Livan sərhədində “Hizbullah”ı silahla təmin edən hərəkat üzvü Livanın şərqində öldürülüb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatında bildirilib.

“Dünən İsrail Hərbi Hava Qüvvələrinin Hermel bölgəsinə zərbə endirməsi nəticəsində “Hizbullah”ın üzvü olan Məhəmməd Mehdi Əli Şahin öldürülüb. O, Livan və İsrail arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra Suriya-Livan sərhədində silah alışı üzrə terror əməliyyatlarının koordinasiyasını həyata keçirirdi”, - məlumatda qeyd olunub.

IDF-in mətbuat xidmətindən bildirilib ki, terrorçu hərəkat üçün silah sövdələşmələri üzrə danışıqlara və daha sonra əldə edilən yükün “Hizbullah”ın müxtəlif bölmələri arasında paylanmasına görə məsul olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah   Silah  


Bizi "telegram"da izləyin