Ordu.az xəbər verir ki, Banqladeş 2023-cü ildə imzalanmış müqavilə çərçivəsində 18 haubitsa sifariş edib.
Ancaq Banqladeş ordusundakı bu parkın gələcəkdə 200-ü keçə biləcəyi bildirilir.
Banqladeş ordusu tərəfindən satın alınan “Boran” haubitsaları yüngül quruluşu və hava daşımalarına uyğun dizaynı ilə seçilir.
M1 standartlı sursatla 17 kilometr, uzun mənzilli sursatla isə 21 kilometr məsafəyə atış edə bilən sistemlər Banqladeş ordusunun atəş gücünü artırmağı hədəfləyir.
Qeyd edək ki, “Boran” Türkiyə Silahlı Qüvvələrinin daxili təhlükəsizlik əməliyyatları, hava əməliyyatları və komando briqadalarına dəstək vermək üçün MKE A.Ş. tərəfindən hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az